Bakıda Müslüm Maqomayevin abidəsi ucaldılacaq

Bakıda Müslüm Maqomayevin abidəsi ucaldılacaq
12 mart 2020
# 15:35

Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq.

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

# 1705 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #