BAFTA-nın mükafatlandırma mərasimi təxirə salındı

BAFTA-nın mükafatlandırma mərasimi təxirə salındı
17 iyun 2020
# 09:41

Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) 74-cü mükafatlandırma mərasimi koronavirus pandemiyası ilə əlaqədar olaraq 2021-ci il aprelin 11-ə təyin olunub.

Bu barədə “Variety” jurnalı yazıb.

Bildirilib ki, bundan öncə mükafatlandırma mərasiminin keçirilmə tarixi 2021-ci il fevralın 14-ə təyin olunmuşdu. Bu tarixin təxirə salınması seçim müddətinin təmin olunması ilə əlaqədardır. Hər halda mərasimin dəqiq vaxtı bu ilin sonunadək elan olunacaq.

Jurnal həmçinin qeyd edib ki, britaniyalı akademiklərin bu qərarına “Oskar” mərasiminin təxirə salınması xəbəri təsir edib.

Qeyd edək ki, bundan öncə Amerika Kino Akademiyası “Oskar” mükafatlandırma mərasimini 2021-ci il fevralın 28-dən aprelin 25-ə keçirmişdir. /azertag.az/

# 1502 dəfə oxunub

Müəllifin son yazıları

# # #