Yazıçı Aləm Kəngərli Rusiya Yazıçılar İttifaqı Moskva şəhər təşkilatının A.S.Puşkin adına “Sözə və əmələ sədaqət” medalı ilə təltif olunub.
Son illər Rusiya dövri mətbuatında mütəmadi çıxış edən yazıçının əsərləri oxucular arasında böyük maraq doğurub. Bu yaxınlarda Aləm Kəngərlinin Rusiya Beynəlmiləl Yazıçılar İttifaqı tərəfindən 5 min tirajla nəşr olunan “18 rasskazov v poezde” adlı kitabı da buna bariz nümunədir.