Azərbaycanlı yazıçı 93 yaşında vəfat etdi

Azərbaycanlı yazıçı 93 yaşında vəfat etdi
18 noyabr 2020
# 12:57

Tanınmış yazıçı-puiblisist Əli İldırımoğlu vəfat edib.

Kulis.az xəbər verir ki, “Şöhrət” ordenli, Əməkdar jurnalist Əli İldırımoğlu 93 yaşında dünyasını dəyişib.

Müxbirlik fəaliyyətinə gənc yaşlarından başlayan Əli İldırımoğlu böyük həyat yolu keçib, jurnalistikamızda silinməz iz qoyub. Sadə əmək adamlarından, onların qayğı və problemlərindən bəhs edən yazıları, hekayələri, povest və romanları həmişə maraqla qarşılanıb.

Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində dünyaya göz açan Əli İldırımoğlu (Məmişov) yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət “Yazım-yazmayım”, “Mayaklar”, “Telepat”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər” kitablarının, “Həmin adam”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, “Zorən jurnalist”, habelə “Aqibət”, “Qarlı gecələr”, “Daş yağan gün” romanlarının müəllifidir.

# 2823 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #