Azərbaycanlı xalçaşünas alim beynəlxalq medal aldı

Azərbaycanlı xalçaşünas alim beynəlxalq medal aldı
15 fevral 2021
# 19:24

Azərbaycan xalçaçılıq sənətinin tanınmış nümayəndələrindən biri, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyeva Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilib və akademiyanın beynəlxalq “Qızıl ulduz” medalı ilə təltif edilib.

Kulis.az xəbər veriri ki, bu barədə məlumat verən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə təmsilçisi, professor Elçin İsgəndərzadə bildirib ki, R.Tağıyeva, həmçinin “Türk dünyasında ilin mədəniyyət adamı” diplomu ilə mükafatlandırılıb.

Professor R.Tağıyeva bu təltiflərə türk dünyası elminə və mədəniyyətinə göstərdiyi xidmətlərə görə layiq görülüb. Xalçaşünas alim xalça sənətinin tədqiqinə və bu sənətin dünyada təbliğinə həsr olunmuş çoxsaylı elmi əsərlərin müəllifidir. 1982-ci ildən 2016-cı ilədək Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru işləyib. Onun rəhbərliyi altında bir sıra layihələr həyata keçirilib, elmi-sənədli filmlər çəkilib. Müəllifi olduğu əsərlər, monoqrafiyalar rus, ingilis, çex, ərəb, fransız və digər dillərdə nəşr edilib./azertag.az/

# 1212 dəfə oxunub

Müəllifin son yazıları

# # #