Azərbaycanlı şairin nəvəsinə həsr etdiyi şeirlər kitabı çap olundu

Azərbaycanlı şairin nəvəsinə həsr etdiyi şeirlər kitabı çap olundu
29 noyabr 2019
# 13:20

Şair Faiq Balabəylinin nəvəsi Dənizin doğum gününə həsr olunan şeir və mahnı mətnlərindən ibarət “Dəniz” kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, “Qanun” nəşriyyatında çap olunan kitabın redaktoru və tərtibatçısı Faiq Balabəylidir.

Kitabda özbəkistanlı şair Şəhla Qasımovanın, türkiyəli şair Cahit Günayın, azərbaycanlı şairlərdən Vasif Süleyman, Ayaz Arabaçı, Fərqanə Mehdiyeva, Həyat Şəmi, Rəsmiyyə Sabir, Səxavət Talıblı, Aida Adıgözəl, Şəfəq Sahibli, Hüseyn Sözlü, Ələddin Əzimli, Tural Balabəyli və digərləri də şairin nəvəsinə şeir həsr edib.

Kitabdakı şəkillər rəssam Sehran Allahverdiyə və Günel Dənizə aiddir.

# 2041 dəfə oxunub

Müəllifin son yazıları

# # #