Azərbaycanlı şair vəfat etdi

Azərbaycanlı şair vəfat etdi
19 mart 2020
# 09:41

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Fuad Babanlı vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə yazıçının yaxınları məlumat verib.

Qeyd edək ki, Fuad Babanlı 17 aprel 1945-ci ildə Qazax şəhərində müəllim ailəsində anadan olub. 1951-1961-ci illərdə Qazaxda orta məktəbdə oxuyub. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndis olan şair müxtəlif vəzifələrdə çalışıb. İki oğlu, dörd nəvəsi var. Oğullarından biri tanınmış azərbaycanlı ovçu Faiq Babanlıdır.

Fuad Babanlı doğulduğu Qazax şəhərində dəfn edilib. /trend.az/

# 2055 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #