Azərbaycanlı şair dünyasını dəyişdi

Azərbaycanlı şair dünyasını dəyişdi
18 mart 2020
# 13:09

Gürcüstan Aşıqlar Birliyinin sədri, ictimai xadim, tanınmış şair- publisist Osman Əhmədoğlu vəfat edib.

Bu barədə “Mirvari Dilbazi Məclisi”nin sədri Güllü Eldar Tomarlı məlumat verib.
Qeyd edək ki, 1948-ci ildə Borçalı mahalında dünyaya gələn şair "Borçalıda yanan ocaq", " Mənim söz karvanım" və digər kitabların müəllifidir.

"Qeyrət" xalq hərəkatının ilk qurucularından olan Osman Əhmədoğlu Borçalıda Aşıqlar Birliyinin sədri, “Dərviş” cəmiyyətinin qurucusu və rəhbəri olub. O, həmçinin Tbilisidə nəşr olunan "Dədə Qorqud" dərgisinin sahibi və baş yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın "Şöhrət" ordeni ilə təltif olunmuş ilk türk şairidir./azertag.az/

# 2474 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #