Azərbaycanlı rəssamın ABŞ -da fərdi sərgisi açıldı

Azərbaycanlı rəssamın ABŞ -da fərdi sərgisi açıldı
15 yanvar 2021
# 17:37

Tanınmış azərbaycanlı rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb.

Kulis.az xəbər verir ki, fevralın 16-dək davam edəcək “Aida Mahmudova: PASTPRESENTFUTURE” sərgisi “Sapar ContemporaryGallery+Incubator”un təşkilatçılığı ilə reallaşıb.

"Sapar ContemporaryGallery+Incubator" varlığın fraqmentar təbiətini zamanla və landşaftda təhrif olunmuş xatirələr vasitəsilə tədqiq edən yeni "Aida Mahmudova: PASTPRESENTFUTURE" seriyasını təqdim edib. Qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində fasiləsiz səyləri çərçivəsində təşkil edilən "PASTPRESENTFUTURE" rəssamın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisidir.

Rəssam yeni əsərində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və məfhumları çılpaq şəkildə göstərən güclü əsərlər yaradılır.

# 1875 dəfə oxunub

Müəllifin son yazıları

# # #