Azərbaycanlı gəncə Özbəkistanda vəzifə verildi

Azərbaycanlı gəncə Özbəkistanda vəzifə verildi
21 avqust 2020
# 11:56

Azərbaycanlı Munir Məmmədzadə BMT-nin Uşaq Fondunun (UNICEF) Özbəkistandakı nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin edilib.

Kulis.az xəbər verir ki, M.Məmmədzadə yeni təyinata qədər üç il UNICEF-in Qırğızıstandakı nümayəndəliyinin rəhbərinin müavini olub, təşkilat daxilində, həmçinin BMT sistemi çərçivəsində əlaqələndirmə proqramlarına başçılıq edib.

O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub, iyirmi il insan hüquqları, gənclər siyasəti və inkişaf məsələləri, uşaq hüquqları sahələrində məsul vəzifələrdə çalışıb.

M.Məmmədzadə Azərbaycan və Qırğızıstandan başqa, UNICEF-in Avropa, Mərkəzi Asiya, Moldova və Nepaldakı regional ofislərində işləyib. O, Moskva Dövlət Açıq Universitetini bitirib, İsveçrənin Friburq Universitetində uşaq hüquqları üzrə magistr dərəcəsi alıb. Rus, ingilis və türk dillərində sərbəst danışır.

# 1923 dəfə oxunub

Müəllifin son yazıları

# # #