Azərbaycanlı dizyanerin kolleksiyası ABŞ-da təqdim olunacaq

Azərbaycanlı dizyanerin kolleksiyası ABŞ-da təqdim olunacaq
27 avqust 2020
# 18:32

Azərbaycanın tanınmış dizayneri Gülnarə Xəlilovanın “Qarabağ” adlı milli geyim kolleksiyası dünya brendləri ilə birlikdə IDFW (International Digital Fashion Week) ABŞ-da birinci rəqəmsal Dəb həftəsində təqdim olunacaq.

Dəb həftəsinin açılışı sentyabrın 5-də 75 ölkədən olan təmsilçilərin iştirakı ilə baş tutacaq.

G.Xəlilova deyib: “Yeni həyat formatı yeni perspektivlər açır. “International Digital Fashion Week” Amerikanın, Avropanın və Asiyanın dəb dünyasını birləşdirən məkandır. Layihədə dünyaca tanınmış dizaynerlər iştirak edəcəklər və dünya brendlərinin kolleksiyaları təqdim olunacaq. Azərbaycanı bu cür əhəmiyyətli beynəlxalq layihədə təmsil etmək mənim üçün böyük şərəfdir”.

Koronavirus pandemiyası ilə əlaqədar layihə onlayn təqdim olunacaq. IDFW Dəb həftəsi bütün dünya üzrə milyonlarla tamaşaçının baxdığı FNL telekanalı və tətbiqi (https://linktr.ee/fnlnetwork) vasitəsilə yayımlanacaq. FNL şəbəkəsi “Apple TV”, “Roku TV”, “Andriod TV”, “Amazon Fire TV”də, habelə bütün “Android” və “Apple iOS" qurğularında baxmaq üçün əlçatandır. Kolleksiyalar altı ay ərzində platformada əlçatan olacaqlar. “FNL Network”in banisi Rokko Leo Qaqliotidir (ABŞ). /azertag.az/

# 1812 dəfə oxunub

Müəllifin son yazıları

# # #