Azərbaycanlı aktyorun vəziyyəti ağırdır

Azərbaycanlı aktyorun vəziyyəti ağırdır
23 fevral 2021
# 13:30

Evində qaz partlaması nəticəsində xəsarət alan Abdulla Şaiq Adına Kukla Teatrının gənc aktyoru Cavid Telmanın vəziyyəti ağırdır.

Bu barədə Kulis.aza teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova məlumat verib.

O, bildirib ki, 5 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən aktyorun aşağı ətraflarında ciddi yanıq xəsarətləri var.

Müalicə tədbirləri davam etdirilir.

Allah şəfa versin.

# 1758 dəfə oxunub

Müəllifin son yazıları

# # #