Azərbaycan şairləri Venesuelada dərc olundu

Azərbaycan şairləri Venesuelada dərc olundu
9 aprel 2020
# 10:30

Venesuelanın nüfuzlu “Papel Literario” qəzeti Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırıb.

Tərcümə Mərkəzindən Kulis.az-a bildirilib ki, Əli Kərim, Ramiz Rövşən, Vaqif Bayatlı, Vaqif Səmədoğlu, Musa Yaqub kimi tanınmış Azərbaycan şairlərinin ispan dilinə tərcümə edilmiş şeirləri qəzetin “Dünya ədəbiyyatı” səhifəsində işıqlandırılıb. Buraxılışın elektron versiyası sosial şəbəkələr və elektron poçt vasitəsilə Kolumbiya, Peru, Uruqvay kimi ispandilli ölkələrdə geniş yayımlanıb.

# 1324 dəfə oxunub

Müəllifin son yazıları

# # #