Aytən Cavanşir müharibə, terror və sevgidən roman yazdı

Aytən Cavanşir müharibə, terror və sevgidən roman yazdı
10 fevral 2020
# 14:09

Gənc yazar Aytən Cavanşirin yeni romanı işıq üzü görüb.

Müəllifin Kulis.az-a verdiyi məlumata görə, “Qanun” nəşriyyatında çap olunan “Qayıtmasam da, gözlə” romanının əsas mövzusu müharibə və terrora qarşı etiraz və böyük sevgiyə inamdır: “Zənnimcə, hər bir oxucu kitabda ruhuna yaxın mövzu tapacaq. Böyük sevgi fonunda dünyadakı siyasi proseslər, düzgün yaşayış prinsipləri, ədalətə fərdi yanaşma əks olunub. Bununla belə ifrat sədaqət hissi, cahilcəsinə, kor-koranə, qovuşacağına inanmadan gözləmək qədər absurd görünən məhəbbət...”

Əsərdə əsas hadisələr Bakı ilə yanaşı, İtaliya, Fransa və İraqda cərəyan edir.

Kitabın annotasiyasında deyilir: “Əsərin qəhrəmanı Ejeni axtarışdadır. Xoşbəxtliyin nə olduğunu dəqiq bilməsə də, ona can atır. Günlərin bir günü qonaq olduğu Bakıda əntiq əşyalar dükanında onu görür və həmin gündən həyatı dəyişir. İndi başa düşür ki, bu yaşa qədər ali hislərdən bixəbər yaşayıbmış. Lakin qəfil aşiq olduğu həkimin ürəyinə yol tapmağın asan məsələ olmadığı üzə çıxır. Klassik musiqi heyranı olan cərrah özünü olduqca qəribə aparır. İlk baxışda hər kəsə qarşı biganə olan həkim əslində göründüyü kimi deyil. O, keçmişinin bu zərif qıza xələl gətirəcəyini düşünüb gəldiyi yerlərə qayıdır. Bütün hekayə də elə bundan sonra başlayır. İndi ayrılıqda ikən qayıtmaq istəyi var. Amma bu, mümkün olacaqmı?

Müəllifin sayca ikinci romanı olan “Qayıtmasam da, gözlə” bu gündən “Əli və Nino” mağazalarında olacaq.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, okyanus, yazı, su ve açık hava

# 3510 dəfə oxunub

Müəllifin son yazıları

# # #