Aydın Uluxanlının kitabı təqdim olunub

Aydın Uluxanlının kitabı təqdim olunub
17 fevral 2020
# 16:45

Ötən həftə “Təbriz” kafesində 80-cilər ədəbi nəslinin nümayəndələrindən olan şair-tərcüməçi Aydın Uluxanlının “Ana” kitabının təqdimat mərasimi olub.

Kulis.azın verdiyi xəbərə görə, əsasən şairin qələm dostlarından və media nümayəndələrindən ibarət olan tədbiri şair-publisist Mübariz Məsimoğlu aparıb.

Tanınmış qələm sahibləri Səfər Alışarlı, Əlisəmid Kür, Avdı Qoşqar, Vəli Xramçaylı, Həmzəli İlyas, Aydın Canıyev, Rafayıl Həbiboğlu, Tofiq Qaraqaya və başqaları çıxış edək Aydın Uluxanlının şeirlərinin özəlliyindən danışıblar.

Xatırladaq ki, "Vektor" nəşriyyatında çıxan “Ana” kitabına şeirlər və üç poema daxil edilib.

Aydın Uluxanlı 1958-ci ildə Qərbi Azərbaycanda doğulub. Azərbaycan Dövlət İncəsənət Uniovesitetinin teatrşünaslıq fakültəsini bitirib. “Azərbaycan” jurnalında, “Ədəbiyyat qəzeti”ndə və “Gənclik” nəşriyyatınd aişləyib.

Şeirləri dövrü mətbuatda çap olunub.

İlk şeirlər kitabı – “Qırmızı axşamların birində” 1992-ci ildə işıq üzü görüb.

# 2880 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #