Avtomobil qəzasında həlak olan gənc şairin kitabı çıxdı

Avtomobil qəzasında həlak olan gənc şairin kitabı çıxdı
29 aprel 2021
# 11:02

Ötən ilin noyabrında avtomobil qəzasında həlak olan gənc şair Saqif Zeynalın “Tanrı qədər yoxsan” adlı şeirlər kitabı işıq üzü görüb.

Kulis.az-ın verdiyi xəbərə görə, kitabda şairin son yaradıcılıq nümunələri ilə yanaşı, ilk kitabından seçmələr də daxil edilib.

“El” nəşriyyatında işıq üzü görən kitabın redaktorları Şərif Ağayar və Gündüz Sevindik, son söz müəllifi Məhsəti Musadır.

Kitaba müxtəlif mövzulu modern şeirlər daxil edilib.

# 2490 dəfə oxunub

Müəllifin son yazıları

# # #