Avstarliyalı musiqişünas Ərtoğrul Cavidin musiqilərini aranjeman edəcək

Avstarliyalı musiqişünas Ərtoğrul Cavidin musiqilərini  aranjeman edəcək
23 yanvar 2020
# 16:11

Avstraliyalı musiqişünas Con Varney Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidin əsərlərinə yeni nəfəs verəcək.

Kulis.az xəbər verir ki, AMEA Hüseyn Cavidin Ev muzeyinin qonağı olan avstraliyalı musiqişünas Con Varney Ərtoğrul Cavidin yaradıcılığı ilə maraqlandığını və onun bəstələdiyi musiqi əsərlərinə yüksək qiymət verdiyini bildirib.

Avstraliyanın Kvinslənd vilayətində yerləşən Ormiston Kollecinin professoru Ərtoğrol Cavidin “Noktürn” və “Məzəli rəqs” adlı iki musiqi əsərini aranjeman edib.

Fortopiano üçün bəstələnmiş bu musiqi əsərləri yeni aranjemanda fleyta, skripka, violançel kimi musiqi alətlərində, ansamblda ifa oluna biləcək.

Musqişünas Con Varney Ərtoğrol Cavidin digər bəstələrini də aranjeman etmək üçün yeni layihəyə başlayacağını da bildirib.

# 1715 dəfə oxunub

Müəllifin son yazıları

# # #