Avropanın məşhur festivalları Rəsulovun həbsinə etiraz etdi

Avropanın məşhur festivalları Rəsulovun həbsinə etiraz etdi
10 mart 2020
# 17:56

Berlin, Kann Film Festivalları, Avropa Film Akademiyası kimi Avropanın öndə gedən festivalları və kino qurumları Məhəmməd Rəsulovun bir illik həbsini qınayıb.

Kulis.az xarici mediya istinadən xəbər verir ki, iranlı rejissor Məhəmməd Rəsulov keçən il milli etibarı təhlükəyə atmaq və İslam hökümətinə qarşı təbliğat aparmaqda günahlandırılaraq İran İnqilab Məhkəməsi tərəfindən bir il həbs cəzasına məhkum edilib. Bundan başqa rejissorun səyahətinə 2 il qadağa qoyulub.

Sonuncu dəfə 70 –ci Berlin Film Festivalında Qızıl Ayı mükafatına layiq görülən rejissor səyahətə qadağa səbəbindən mükafatlandırılma mərasiminə qatıla bilməyib.

# 1791 dəfə oxunub

Müəllifin son yazıları

# # #