Assistenti Robert De Nironu hədələdi

Assistenti Robert De Nironu hədələdi
24 yanvar 2020
# 10:24

Məşhur aktyor Robert De Niro keçmiş assistenti 37 yaşlı Qrem Chase Robinson tərəfindən növbəti təhdidə məruz qalıb.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, aktyorun keçmiş assistenti onun haqqında bildiyi sirlər barədə kitab yazacağını açıqlayıb. O, bu barədə ötən il De Niroya təhdid dolu məktub yazaraq bildirib. Aktyorun vəkillərinin fikirlərinə görə Robinson istədiyi məbləği əldə edə bilmədiyi üçün aktyor haqqında qalmaqallı açıqlamalar verib.

Xatırladaq ki, ötən ilin noyabr ayında Robinson aktyor tərəfindən uzun müddət cinsi ayrıseçkiliyə və təcavüzə məruz qaldığını açıqlamışdı.

# 1800 dəfə oxunub

Müəllifin son yazıları

# # #