Aşıq Ələsgərin şeirləri gürcü saytında

Aşıq Ələsgərin şeirləri gürcü saytında
14 iyun 2021
# 15:50

Gürcüstanın “1 TV. Eleqtroliti” ədəbiyyat portalı böyük Azərbaycan şairi Aşıq Ələsgərin gürcü dilinə tərcümə olunmuş şeirlərini yayımlayıb.

Kulis.azın verdiyi xəbərə görə, Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Aşıq Ələsgərin 200 illiyinə həsr edilən təqdimatda böyük sənətkarın “Düşdü”, “Tanıdı”, “İncimərəm”, “Güllü”, Güləndəm” “Getmə, qal” kimi şeirləri, həyat və yaradıcılığı haqqında geniş məlumat yer alıb.

“Ön söz”ün və şeirlərin tərcümə müəllifi yazıçı-tərcüməçi İmir Məmmədlidir.

Qeyd edək ki, Gürcüstan İctimai Televiziya və Radio Yayımları Şirkətinin elektron portalı olan “1 TV. Eleqtroliti” 2017-ci ildən fəaliyyət göstərir. Portal əsasən bədii ədəbiyyatın (nəsr, şeir, dramaturgiya), eləcə də tənqidi və publisistik materialların yayınına üstünlük verir. Gürcüstan oxucuları bu portalda Ömər Xəyam, Cəlaləddin Rumi, Pol Verlen, Artur Rembo, Filip Dik, Tomas Vulf, Rudolf Lapert, Leo Pere, Con Çiver, En Enrayit, Herta Müller, Hans Maqnus Enserberqer, Olqa Tokarçuk, Jorj Brasens, Esme Varnq, Peter Handke, Lusi Fleçer, Lores Ferlinget, Jak Brel, Lev Rubinşteyn, Con Maksvell Kutzee, Norbert Humelt, Syuzen Zontaq, Frans Holler kimi dünya ədiblərinin əsərlərinin elektron versiyası ilə tanış olurlar.

# 2429 dəfə oxunub

Müəllifin son yazıları

# # #