Ankarada Yunus Əmrənin 700 illiyi keçirilib

Ankarada Yunus Əmrənin 700 illiyi keçirilib
15 iyun 2021
# 09:47

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında türk dünyasının iftixarı, böyük filosof Yunus Əmrənin 700 illiyinə həsr olunmuş mərasim keçirilib.

TÜRKSOY-un Baş katib Düsen Kaseinov mərasimin açılışında Yunus Əmrə şəxsiyyətinin ucalığından, böyük filosofun irsinin dünya ictimaiyyətinə tanıdılmasının əhəmiyyətindən bəhs edib.

Digər çıxış edənlər Anadolu türkcəsində şeirin banilərindən biri, sufi, İslam filosofu, təsəvvüf və el şairi, türk-İslam dünyasının böyük mütəfəkkiri Yunus Əmrənin zəngin mənalı həyat və yaradıcılığının qayəsindən söz açıblar.

Diqqətə çatdırılıb ki, Yunus Əmrənin şeirləri, fikir və düşncələri türk dünyasının ortaq dəyəridir. Onun yaradıcılığının, mənəvi mirasının öyrənilməsi və geniş yayılması bəşəriyyət üçün olduqca önəmlidir.

Sonra tədbir iştirakçıları Yunus Əmrənin həyatını, yaradıcılığını, yaşadığı dövrü əks etdirən sərgi ilə tanış olublar.

Qeyd edək ki, Türkiyədə 2021-ci il böyük şair və mütəfəkkir Yunus Əmrənin vəfatının 700 illiyi ilə əlaqədar “Bizim Yunus ili” elan olunub. Bu çərçivədə hökumət strukturları və QHT-lər Türkiyədə və ölkə xaricində silsilə tədbirlər keçirir, onun əsərlərini müxtəlif dillərdə nəşr edir və yayırlar.

# 1586 dəfə oxunub

Müəllifin son yazıları

# # #