Ancelina Coli keçmiş nazirin tablosunu satdı

Ancelina Coli keçmiş nazirin tablosunu satdı
2 mart 2021
# 18:01

Hollivud ulduzu Ancelina Coli , İngiltərənin keçmiş baş naziri Uinston Çörçilə məxsus “Koutoubia Məscidinin qalası” tablosunu 11,5 milyon dollara (8,28 milyon funt) satdı.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bir zamanlar Çörçill ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltə hədiyyə etdiyi tablonu Ancelina Coli keçmiş əri Bred Pittlə birlikdə alıb. Tablonu alan şəxsin kimliyi hələki açıqlanmır.

Qeyd edək ki, Bred Pittlə Ancelina Colunun sənət kolleksiyası təxminən 25 milyon dollar dəyərindədir.

Xatırladaq ki, sözügedən tablo Uinston Çörçillin İkinci Dünya Müharibəsi dövründə yaratdığı yeganə rəsm əsərdir.

# 1965 dəfə oxunub

Müəllifin son yazıları

# # #