Ancelina Coli dəyərli əşyasını satışa çıxardı

Ancelina Coli dəyərli əşyasını satışa çıxardı
3 fevral 2021
# 17:21

Aktrisa kolleksiyasında saxladığı rəsm əsərini satışa çıxardı.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, ötən gün məşhur Amerika aktrisası Ancelina Coli İngiltərənin baş naziri olmuş Uinston Çörçillin çəkdiyi və aktrisanın kolleksiyasında saxlanılan yeganə “Tower of the Koutoubia Mosque” adlı rəsm əsərini satışa çıxaracağını açıqlayıb.

Hərrac martın 1-də İngiltərədə yerləşən “Christies” hərrac evində baş tutacaq.

Hərrac evinin rəsmiləri Çörçil tərəfindən keçmiş Amerika prezidenti Franklin Ruzveltə hədiyyə olunan, daha sonra isə aktrisa tərəfindən satın alınan əsərin 2.5 milyon sterlinqə satılacağını ehtimal edir.

# 1873 dəfə oxunub

Müəllifin son yazıları

# # #