Anasını öldürən aktrisa həbs olundu

Anasını öldürən aktrisa həbs olundu
3 yanvar 2020
# 11:33

“Kapitan Amerika. Birinci Qisasçı” filmi ilə tanınan aktrisa Molli Fitcerald, Kanzasda anasını öldürməkdə günahlandırılıb.

Kulis.az xarici mətbuata istinadən xəbər verir ki, mənbələrdə yer alan məlumata görə 31 dekabr Çərşənbə axşamı Olite şəhərində polisin 68 yaşlı anasının öldüyünü aşkar etdikdən sonra aktrisanı həbs edib. Yaşlı qadının bıçaqla qətlə yetirildiyi bildirilib.

# 1240 dəfə oxunub

Müəllifin son yazıları

# # #