Amerikalı rokçu vəfat etdi

Amerikalı  rokçu vəfat etdi
10 sentyabr 2020
# 15:57

Elektron musiqinin əfsanəvi simalarından olan və Sliver Apples rok qrupunun yaradıcılarından biri olan Simeon Koks vəfat edib.

Kulis.az xarici mediyaya istinadən xəbər verir ki, 82 yaşlı musiqiçinin ölüm səbəbi məlum deyil.

1960-cı illərin sonlarında Koks “Overland Stage Electric Band” ın üzvü olub. Sonralar zərb ifaçısı Danny Taylor ilə Silver Apples qrupunu yaratdı. Onların ilk albomları 1968- ci ildə işıq üzü gördü. 1970-ci ildə yaratdığı qrup dağıldıqdan sonra Koks televiziyada müxbir və prodüser kimi çalışdı. 1996-cı ildə qrupu yenidən bərpa edən müsiqiçi buraxdıqları “The Garden” adlı albom ilə rekorda imza atdılar. Lakin həmin il Koks ağır avtomobil qəzası keçirərək ağır yaralandı, qrupun digər üzvü Taylor isə həmin qəzada həlak oldu.

# 1717 dəfə oxunub

Müəllifin son yazıları

# # #