Amerikalı aktrisa vəfat etdi

Amerikalı aktrisa vəfat etdi
17 iyul 2020
# 15:58

Amerikalı aktrisa Geylin Corc 55 yaşında vəfat edib.

Bu barədə “Mirror” xəbər yayıb.

Onun ölümünə səbəb kimi onkoloji xəstəlik göstərilir.

Qohumlarının sözlərinə görə, G.Corcun xəstəliyi gec aşkarlanıb. Həkimlər diaqnozu qoyarkən onun ömrünün sonuna sayılı günlər qaldığını bildiriblər.

Qeyd edək ki, tanınmış aktrisa “Lost”, “The Fresh Prince of Bel-Air”, “How to Get Away with Murder”, “Parks and Recreation”, “Stargate SG-1”, “Star Trek: Voyager” , “Tvin Piks” və “Xena: Warrior Princess” seriallarında çəkilib, həmçinin “RoboCop 2” və “Point Break” filmlərində iştirak edib. /oxu.az/

# 1945 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #