Aleksandr Sokurov yeni filmindən danışdı

Aleksandr Sokurov yeni filmindən danışdı
12 iyun 2021
# 14:20

Rusiyalı rejissor Aleksandr Sokurov İkinci Dünya müharibəsi haqqında ekranlaşdırdığı yeni filmi barədə danışıb.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, rejissorun sözlərinə görə nağıl janrında çəkilən filmin dubljay prosesi gedir:

"İndi gənc həmkarlarımla yeni bir film üzərində işləyirik, yəqin ki, noyabrda və ya dekabrın əvvəlində bitirəcəyik. Bu II Dünya Müharibəsi haqqında nağılvari film olacaq. Heç vaxt bu janrda çalışmamışam. İndi filmin dublyajı üzərində iş prosesi gedir.”

Sokurova həmçinin haqqında bəhs etdiyi filmin “Ana və oğul”, “Ata və oğul” adlı filmlərinin davamı, trilogiyanın üçüncü, sonuncu filmi olduğunu da qeyd edib.

# 2097 dəfə oxunub

Müəllifin son yazıları

# # #