Aktyoru amansızca qətlə yetirdilər - Foto

Aktyoru amansızca qətlə yetirdilər - Foto
29 iyul 2021
# 10:25

Əfqanıstanın məşhur komediya aktyoru Nazar Mohammad Kaşa “Taliban” qruplaşması tərəfindən amansızca qətlə yetirilib.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, aktyorun evinə basqın edilib və naməlum şəxslər tərəfindən qaçırılıb.

Nazar Mohammad Kaşanın edam edilmədən əvvəl “Taliban” üzvləri tərəfindən şillələndiyi videonun sosial şəbəkələrdə yayılması gündəmə çevrilib və etirazlara səbəb olub.
Videonu iranlı jurnalist Tajuden Soroush öz sosial şəbəkə hesabında paylaşaraq bunları yazıb:
“Bu videoda Kandahari aktyoru Kaşanın “Taliban” tərəfindən qaçırıldığı, maşında şillələndiyi və sonra öldürüldüyü kadrları görəcəksiniz”.

Aktyoru ağacdan asıb boğazını kəsərək qətlə yetiriblər.

Aktyorun ailəsi də bu cinayətdə “Taliban”ın əli olduğunu deyir.

Qeyd edək ki, aktyor daha əvvəl polis olaraq da çalışıb.

# 2957 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #