Robert De Niro ABŞ prezidenti Donald Trampı kəskin tənqid edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktyor pandemiya ilə bağlı bir filmə çəkilərsə Nyu-York qubernatoru Endryu Kuomonun obrazını canlandırmaq istədiyini söyləyib.
“Çox güman Kuomo rolunu oynayacağam. Prezidentin etməsi gərəkəni edir”- deyə De Niro əlavə edib.
Aktyor Trampla bağlı fikirlərini də bildirib:
“Tramp axmağın biridir, gələcək seçkilərdə onu dəstəkləməyəcəm. O, doğru olanı etsəydi və bütün xəbərdarlıqları dinləsəydi epidemiyadan daha yaxşı çıxa bilərdik”.
Xatırladaq ki, bundan əvvəl məşhur aktyor bir neçə dəfə Trampı tənqid etmişdi.