Aktrisa teatrların açılması ilə bağlı müraciət etdi: Görün nə cavab aldı?

Aktrisa teatrların açılması ilə bağlı müraciət etdi: Görün nə cavab aldı?
6 may 2021
# 11:52

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Sənubər İsgəndərli teatrların açılması ilə bağlı müraciət edib. Müraciətdə deyilir:

“Deyilənə görə, sabah brifinq olacaq. TƏBIB-də kimin teatrla maraqlanıb maraqlanmadığını, sevib sevmədiyini bilmirəm. Soruşanda deyəcəklər ki, vaxt var? Bizdə onsuz da mədəniyyətə çoxunun vaxtı, marağı yoxdur. Amma bu sənətə ömrünü verən, onu yaşadan sənətkarlar və onun yolunu gözləyən, sevən tamaşaçılar var. Bir ildir teatrlar bağlıdır. Belə davam edərsə, bu teatr sənətinin məhvi olacaq. Demirəm teatrlar açılan kimi tamaşa oynanılsın, tamaşaçı gəlsin, zatən bu mümkün də deyil. Amma yeni tamaşaların məşqinə başlaya bilərdik ki, sabah teatrın pərdələri açılanda tamaşaçılarımızın qarşısına çıxa bilək. Ümid edirəm, TƏBIB bunları nəzərə alacaq.”

Daha sonra aktrisa TƏBİB-dən cavab gəldiyini qeyd edib:

"TƏBIB mətbuat xidmətindən mənimlə əlaqə saxlayıb bildirdilər ki, biz sırf tibbi məsələlərlə məşğuluq. Qapanma və digər tədbirlər operativ qərargahın səlahiyyətindədir. Nə deyirəm?! Ümid edək ki Operativ qərargah səsimizi eşidib, teatrların açılması üçün qərar verər."

# 2387 dəfə oxunub

Müəllifin son yazıları

# # #