Aktrisa 35 manata görə həbs olundu

Aktrisa 35 manata görə həbs olundu
30 aprel 2021
# 13:40

Rusiyalı aktrisa Lyudmila Xalilullini oğurluqda şübhəli bilinərək polis tərəfindən saxlanılıb. Hadisə Moskva şəhərində baş verib.

Kulis.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə hüquq mühafizə orqanlarından verilən məlumata verib. Məlumatda qeyd olunur ki, 40 yaşlı aktrisa küçədə tapdığı bank kartından özünə məxsus olmayan pulu çıxararaq xərcləyib. Aktrisa hesabdan çıxardığı pulun 1500 rublunu (təxminən 35 manat) xərclədikdən sonra polis tərəfindən saxlanılıb. Aktrisa izahat verdikdən sonra yaşayış mənzilini icazəsiz tərk etməmək şərtilə evinə buraxılıb.

Qeyd edək ki, Lyudmila Xalilullin “Stanislavski” teatrının aktrisasıdır və bir sıra teleseriallarda aldığı rollar ilə tanınır.

# 1766 dəfə oxunub

Müəllifin son yazıları

# # #