Ahmet Kaya haqqında film məhkəməlik oldu

Ahmet Kaya haqqında film məhkəməlik oldu
1 fevral 2020
# 13:28

Ahmet Kaya haqqında çəkilən “Ahmedo iki gözüm” filmi dayandırılıb.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə müğənninin həyat yoldaşı Gültən Kaya, qızları Çidem və Melis filmin dayandırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə istəyi qəbul edib.

Bununla da məhkəmə fevralın 7-də yayımlanacağı gözlənilən filmin nümayişini dayandırmaq qərarı verib.

Xatırladaq ki, Ahmet Kayanın ailəsi mətbuata belə bir açıqlama vermişdilər:

"Xeyli vaxtdır ki, Ahmet Kaya haqqında filmin çəkilməsi barədə söz-söhbətlər gəzir. Bu filmin sənətçinin ailə üzvləri və hüquqi varisləri ilə heç bir əlaqəsi yoxdur. Ahmet Kayanın varislərindən icazə alınmadan, dolayı yolla onun həyatını mövzuya çevirən bütün layihələr Türkiyə Cümhuriyyətində və bütün dünyada qanunsuzdur."

# 2786 dəfə oxunub

Müəllifin son yazıları

# # #