Abdullabəy Divanbəyoğlunun kitabı Türkiyədə nəşr olundu

Abdullabəy Divanbəyoğlunun kitabı Türkiyədə nəşr olundu
25 avqust 2020
# 18:36

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi üzrə seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.

Nazirlikdən Kulis.az-a bildirilib ki, layihə üzrə görkəmli nasir, pedaqoq Abdulla bəy Divanbəyoğlunun “Can yanğısı” povestinin nəşri başa çatdırılıb.

Abdulla bəy Divanbəyoğlu əsərləri ilə Azərbaycanda çağdaş təhsilin inkişafı və maarifçilik hərəkatına mühüm töhfələr vermiş bir addır. XX əsrin əvvəllərindəki dövrün mürəkkəb, sinfi ziddiyyətlərlə dolu səhnələri, Azərbaycan qadınının keçmiş acınacaqlı həyatı “Can yanğısı” povestinin əsas mövzusudur.

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.

Gallery

# 2306 dəfə oxunub

Müəllifin son yazıları

# # #