AYB-nin Lənkəran bölməsinin yeni sədri əməkdaşlara təqdim olundu

AYB-nin Lənkəran bölməsinin yeni sədri əməkdaşlara təqdim olundu
3 sentyabr 2020
# 21:37

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsində bölmənin yeni sədri Qafar Cəfərli əməkdaşlara təqdim edilib.

Kulis.az ın verdiyi xəbərə görə, pandemiya qaydalarına uyğun keçirilən tədbirdə AYB katibi Rəşad Məcid, yazıçı-dramaturq Hüseynbala Mirələmov, Lənkəran şəhər icra hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev iştirak ediblər.

Xatırladaq ki, yazıçı Qafar Cəfərli AYB sədrinin müvafiq əmri ilə 17 avqust 2020-ci il tarixindən bu vəzifəyə təyin olunmuşdu. Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin bundan əvvəlki sədri şair İltifat Saleh idi. O, bir il öncə 84 yaşında vəfat etmişdi.

# 2805 dəfə oxunub

Müəllifin son yazıları

# # #