ABŞ-a köçən müğənninin qızını küçədə döydülər

ABŞ-a köçən müğənninin qızını küçədə döydülər
29 aprel 2020
# 13:37

ABŞ-a köçən rus pop müğənnisi və DJ Alexandra Zverevanın 17 yaşlı qızını küçədə döyərək qarət ediblər.

Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Kaliforniya ştatının Los-Anceles şəhərində baş verib. Zverevanın dediyinə görə, qızı Vasilis yaşadıqları evin yaxınlığındakı parkda idman edərkən qaradərili qızların hücumuna məruz qalıb. Onlar sənətçinin qızını döyərək ağır bədən xəsarətləri yetirdikdən sonra onu qarət ediblər.

Sənətçinin qızına hücum edən qızlar polis tərəfindən yaxalanıb.

# 1642 dəfə oxunub

Müəllifin son yazıları

# # #