98 yaşlı bəstəkar gənc sevgilisindən danışdı

98 yaşlı bəstəkar gənc sevgilisindən danışdı
22 avqust 2024
# 10:14

Rusiyanın Xalq artisti bəstəkar Aleksandr Zatsepin mətbuata verdiyi müsahibədə gənc sevgilisindən danışıb.

Kulis.az xəbər verir ki, məşhur bəstəkarın yeni sevgilisi 38 yaşlı Muza Lidir. O, Daşkənddə doğulsa da, əslən Koreyalıdır. Hazırda Muzico teatr-musiqi kollektivində quruluşçu rejissor vəzifəsində çalışır.

"Muzasız əlsiz-ayaqsız kimiyəm. O, dadlı yeməklər bişirir, ev işlərində mənə kömək edir, üstəlik də, rejissordur. Onun yanında özümü yaxşı hiss edirəm", - deyə Zatsepin bildirib.

Qeyd edək ki, Aleksandr Zatsepin əsasən filmlərə yazdığı musiqilərlə məşhurlaşıb. Leonid Qaydayın filmlərinin və başqa məşhur sovet filmlərinin musiqisi ona məxsusdur.

# 484 dəfə oxunub

Müəllifin son yazıları

# # #