"Harri Potter və fəlsəfə daşı"nın ilk nəşri hərraca çıxarılıb. Maraqlısı budur ki, bu nəşr zibil qutusuna atılacaq əşyalar arasından tapılıb.
Kulis.az xəbər verir ki, kitab 40 min funt sterlinqə (83 min manat) satılacaq.
Kitab ilk nəşrindən çıxan 500 nüsxədən biridir. Bu 500 tirajın 200-ü kitab mağazalarına, 300-ü isə kitabxanalara paylanılıb (tapılan nüsxə onlardan biridir).
Kitabın tanınmasında mətndəki səhvlər əsas rol oynayıb. Kitabın ilk səhifəsinə karandaşla onun satıldığı qiymət - 2 funt sterlinq yazılıb. Bununla yanaşı, üz qabığındakı “filosof” sözündə səhvə yol verilərək, “o” hərfi əskik olub.
20 ildir rəfdə saxlanılmasına baxmayaraq, kitab əla vəziyyətdədir, sanki yenidir.
Qeyd edək ki, kitabın noyabrda daha bir nüsxəsi tapılmışdı və hərracda 42 min funt sterlinqə (87 142 manat) satılmışdı.