80 illik tarixi olan konsert tarixdə ik dəfə tamaşçısız baş tutdu

80 illik tarixi olan konsert tarixdə ik dəfə tamaşçısız baş tutdu
4 yanvar 2021
# 15:55

Dünyanın ən məşhur Avrropa konserti olan Vyana Filarmoniya Orkestrinin Yeni il konserti - 80 illik tarixində ilk dəfə Musikvereinin Qızıl Zalında tamaşaçısız baş tutub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu il konsert məşhur İtalyan maestrosu Rikkardo Muti tərəfindən idarə olunub.

Qeyd edək ki, bu konsert 31 dekabr 1939-cu ildən etibarən Vyanada təşkil edilir. Konsertlərə bilet almaq çox çətindir. Beləki biletlərin sarışı bir il əvvəl xüsusi lotoreya ilə həyata keçirilir. 80 illik tarixi olan bu konserti izləmək üçün milyonlarla insan hər il Vyanaya axışır. 1959-cu ildən bəri konsertin tamaşaçılarının sayı 50 milyondan çox olduğu bildirilib. Hər il konsert salonu təbii güllərlə bəzədilir. Bu il də salonun bəzədilməsində adət üzrə təbii çiçəklərlərdən isrifadə olunub.

# 2335 dəfə oxunub

Müəllifin son yazıları

# # #