8 yaşlı oğlan ən çox oxunan yazıçı oldu

Dillon Helbiq

Dillon Helbiq

3 fevral 2022
# 10:00

Amerikada səkkiz yaşlı oğlan yazdığı kitabı gizlicə kitabxanaya qoyaraq məşhur olub.

Kulis.az xəbər verir ki, Dillon Helbiq adlı balaca oğlan özü yazıb, şəkillərlə bəzədiyi kitabı nənəsi ilə getdiyi kitabxanada gizlicə rəflərdən birinə qoyub.

Dəftərdə əlyazma şəklində olan kitabı tapan kitabxanaçı müdürə göstərib. Sonra da oxunması üçün uşaq ədəbiyyatı rəfinə yerləşdiriblər.

Oxucuların marağına səbəb olan kitab tezliklə müəllifi məşhurlaşdırıb və bir neçə nəşriyyatdan, yaradıcılıq atelyelərindən gənc yazıçıya təkliflər gəlməkdədir.

Kitabın adı "Dillon Helbiqin Yeni il macəraları"dır .

Kitab yeni il ağacını bəzəyərkən ən təpədəki ulduzun partlamasıyla zamanda səyahətə düşən oğlanın macəralarından bəhs edir. Zamanda səyahət edən oğlan 1621-ci ildəki ilk "Şükran günü"nə və Quzey qütbünə gedir. Əsərin baş qəhrəmanı müəllifin özüdür.

Jurnalistlərin sualına cavab verən səkkiz yaşlı uşaq deyib ki, hekayəsini 2021-ci ilin dekabrında bitirib və oxucularla paylaşmaq üçün gizlicə kitabxanaya qoyub.

O, deyib ki, artıq ikinci kitabını yazmağa başlayıb. Bu kitabın adı "Gödəkçə yeyən dolab" olacaq.

"Ibtidai sinifdə oxuyanda gödəkçəmi dolaba asırdım. Tənəffüsdə baxırdım ki, gödəkçə orda yoxdur. Həmin gödəkçələr hələ də tapılmayıb. Bu haqda kitab yazmaq istəyirəm".

# 1837 dəfə oxunub

Müəllifin son yazıları

# # #