77-ci BAFTA mükafatlarının təqdim olunacağı tarix açıqlandı

77-ci BAFTA mükafatlarının təqdim olunacağı tarix açıqlandı
31 may 2023
# 16:10

Britaniya Kino və Televiziya İncəsənət Akademiyası (BAFTA) 2024-cü il 77-ci BAFTA Film Mükafatlarının veriləcəyi tarixi açıqlayıb.

Kulis.az Britaniya Film Akademiyasının öz saytında verdiyi məlumata görə, mükafatların təqdimetmə mərasimi Oskardan üç həftə əvvəl fevralın 18-də keçiriləcək.

Eyni zamanda, BAFTA gələn il fevralın 15-dən 25-dək keçiriləcək Berlin Film Festivalının tarixləri ilə üst-üstə düşür.

Qeyd edək ki, 2023-cü ildə rekord sayda 3,8 milyon tamaşaçı BAFTA-nı izləyib ki, bu da mükafatın son illərdəki ən yüksək yayımıdır.

# 854 dəfə oxunub

Müəllifin son yazıları

# # #