70 yaşlı Hollivud bəstəkarı Denni Elfman cinsi təcavüzdə günahlandırılır.
Kulis.az xəbər verir ki, bu barədə " Variety" məlumat yayıb.
Elfman pianoçu və bəstəkar Nomi Abadiyə qarşı cinsi təcavüzdə ittiham olunub.
Abadinin sözlərinə görə, bəstəkar onu çılpaq fotolar çəkdirməyə məcbur edib. Elfman isə iddiaları rədd edib. Lakin o, 2018-ci ildə Abadiyə 830 min dollar məbləğində mənəvi təzminat ödəməyə razılaşıb.
Pianoçu Elfmana qarşı yeni iddia qaldıraraq, onu 5 il əvvəl razılaşdırılmış məbləği ödəməməkdə günahlandırıb. İddiaya görə o, Abadiyə 1 milyon dollara yaxın pul ödəməlidir.