70 il çarpayı altında saxlanılan rəsm satıldı

70 il çarpayı altında saxlanılan rəsm satıldı
6 fevral 2022
# 10:55

Fransanın Tuluz şəhərinin sakini rəsm əsərinin qiymətindən təəccübünü gizlədə bilməyib.

Kulis.az xəbər verir ki, Tuluz sakini evində 70 ildən çox saxladığı tablonu satmaq üçün şəhərdəki hərrac evinə gətirib. Burada əsərin həqiqiliyini yoxlayan ekspertlər böyük faktı üzə çıxarıblar. Məlum olub ki, söhbət hansısa replikadan deyil, 1520-ci ildə çəkilmiş orijinal tablodan gedir. Alman rəssam Bernhard Strigerin fırçasının məhsulu olan “Mələk” rəsmi 500 yaşı olmasına rəğmən əla vəziyyətdə qalıb.

Rəsm əsəri hərracda 2,8 milyon avroya satılıb. Müştərinin adı açıqlanmır.

# 1395 dəfə oxunub

Müəllifin son yazıları

# # #