62 illik Oskar ənənəsi bitdi

Oskar xalçası

Oskar xalçası

9 mart 2023
# 17:30

Bu il 95-ci Oskar Mükafatlarının təqdimat mərasimi baş tutacaq.

Kulis.az xəbər verir ki, mərasimdə 1961-ci ildən bəri məşhur simaların yeridiyi qırmızı xalça artıq qırmızı olmayacaq.

Mərasimin aparıcısı Cimmy Kimmel, rəng dəyişikliyini yumoristik şəkildə “Bu il qan tökülməyəcək!” açıqlamasını edərək Vil Smitin Kris Roka vurduğu yumruğa işarə edib.

İlin ən böyük gecəsində məşhurların keçəcəyi simvolik xalça bu dəfə şampan rəngində olacaq.

Qeyd edək ki, hər il olduğu kimi Oskar Mükafatlandırma mərasimi bu il də, Hollivuddakı Dolby Teatrında baş tutacaq.

# 1673 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #