525 nadir əlyazma əsər rəqəmsallaşdırıldı

525 nadir əlyazma əsər rəqəmsallaşdırıldı
7 oktyabr 2026
# 15:00

Türkiyəli professor İsmayıl Ərünsalın Süleymaniyyə Əlyazma Əsərlər Kitabxanasına bağışladığı 525 əsərlik kolleksiya rəqəmsal istifadəyə verilib.

Kulis.az xəbər verir ki, Türkiyə Əlyazma Əsərlər Qurumu tərəfindən bərpa və kataloqlaşdırma işləri iki aya tamamlanıb.

Kolleksiyanın ən dəyərli nümunələrindən biri Şeyx Qalibin 18-19 yaşlarında öz dəst-xətti ilə qələmə aldığı "Divan"ıdır.

Buraya, həmçinin 1523-cü ilə aid "Divan-ı Əmir Şahi", Səfi təxəllüslü Cəzəri Qasım Paşanın indiyədək məlum olmayan "Divan"ı, Osmanlı qiymət tarixini əks etdirən 288 səhifəlik "Narh Defteri" və diplomatik sənədlər daxildir.

185 təsəvvüf və 153 ədəbiyyat əsərindən ibarət bu zəngin xəzinəyə 55 divan, 28 icazənamə və təzhiblə bəzədilmiş tarixi cildlər daxildir.

# 158 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər