"525-ci qəzet" 29 yaşında - Video

"525-ci qəzet"  29 yaşında - Video
17 noyabr 2021
# 13:26

Bu gün “525-ci qəzet”-in 29 yaşı tamam olur.

Kulis.az xəbər verir ki, 17 noyabr tarixi Azərbaycanın çap mətbuatı sırasında özünəməxsus yeri olan “525-ci qəzet”-in yaranmasından 29 il ötür.

Xatırladaq ki, 1996-ci ilə kimi həftəlik nəşr olunan qəzet, 1996-98-ci illərdə həftədə 3 dəfə çap olunub. 1998-ci ildən isə gündəlik nəşr olunur. Qəzetin baş redaktoru Rəşad Məcid 1995-ci ildən qəzetə rəhbərlik edir.

Müsətqillik dövrü mətbuatının ilk qaranquşlarından olan qəzetin informasiya, siyasət, iqtisadiyyat, mədəniyyət və idman şöbələri fəaliyyət göstərir.

# 2048 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #