5 maraqlı biznes-pritça

5 maraqlı biznes-pritça
1 iyun 2020
# 21:02

Kulis.az oxuculara 5 maraqlı biznes-pritça təqdim edir:

Qartal və dovşan

Qartal ağacda sakitcə oturub ətrafa baxırmış. Balaca bir dovşan onu görüb soruşur:

- Olar mən də sizin kimi heç nə etmədən oturum?

- Əlbəttə, niyə də olmasın – qartal deyir.

Dovşan ağacın altında oturub dincəlməyə başlayır. Birdən bir tülkü çıxıb onu yeyir.

Nəticə: Heç nə etmədən oturmaq üçün gərək çox hündürdə olasan.

Afrikada iki ayaqqabı satıcısı

Böyük ayaqqabı kompaniyalarından biri Afrikaya nümayəndəsini göndərir. Nümayəndə bir həftədən sonra teleqram vurur: “Burda heç bir perspektiv yoxdur. Hamı ayaqyalın gəzir!”

Bir müddətdən sonra kompaniya daha bir nümayəndəsini ora göndərir. Onun teleqramında isə bunlar yazılır:

“Bu, böyük uğurdur! Əlinizdə nə varsa göndərin, bazar demək olar ki boşdur. Hamı ayaqyalın gəzir!”

Nəticə: Əşyalar öz-özlərinə pis, yaxud yaxşı olmurlar. Onları dəyişən bizim münasibətimizdir.

Əsas olan hara zərbə vurmağı bilməkdir

İngilis fabriklərinin birində generator xarab olur. Müdir nə qədər usta çağırır, ancaq heç biri düzəldə bilmir. Bir gün tanımadıqları bir adam gəlib generatoru düzəldə biləcəyini deyir. Müdir razılaşır.

Usta generatorun müxtəlif yerlərinə astaca vurub dəmirdən çıxan səslərə diqqətlə qulaq asır. Bu, təxminən 10 dəqiqə çəkir. Sonra şübhələndiyi bir yerə çəkiclə möhkəm zərbə vurur və generator düzəlir.

Müdir ustadan nə qədər mükafat istədiyini və ona hesabı göndərməyi xahiş edir. Ustanın hesabı belə olur:

10 dəqiqəlik zərbələr – 1 funt.

Ümumi: 10000 funt.

Nəticə: Peşəkarlıq, zərbə vurmaq deyil, hara zərbə endirəcəyini yaxşı bilməkdir.

Odun doğrayanlar yarışı

Kanadalı və norveçli iki odun doğrayan yarışırlar. Hər ikisi daha çox odun doğrayacağına əmin idi. Yarış vaxtı səhər saat 8-dən günorta 4-ə qədər təyin olunur.

Fit çalınır və odun doğrayanlar işə başlayırlar. Bir müddətdən sonra kanadalı eşidir ki, norveçli həmkarı dayanıb. O, bunu fürsət bilib daha böyük əzmlə odunlarını doğramağa başlayır. Norveçli 10 dəqiqəlik fasilədən sonra yenə işinə qayıdır.

Bir müddətdən sonra norveçli yenə fasilə verir, kanadalı isə bunu fürsət bilib həvəslə işləyir. O, həmkarının zəifliyindən yararlanmaq istəyirdi. Norveçli isə yarışın sonuna qədər bir neçə dəfə fasilələr verir.

Nəhayət, yarış bitir, kanadalı əminliklə düşünür ki, mükafat onun olacaq. O, uduzduğunu eşidəndə çox təəccüblənir!

- Bu, nəcə ola bilər? – o, norveçlidən soruşdu, - mən hər bir saatdan bir sənin fasilə verdiyini eşidirdim. Necə oldu ki, sən məndən daha çox odun doğradın?

- Çox sadə, - deyir norveçli, - Mən hər dəfə baltamı itiləmək üçün fasilə verirdim.

Nəticə: Hər dəfə dayanıb vacib bir məsələ haqda düşünəndə, siz, əslində, “baltanızı itiləyirsiniz”.

Mühasib, katibə, müdir və Cin

Mühasib, katibə və müdir nahar etməyə gedəndə bir lampa tapırlar. Lampanı silən kimi Cin çıxır və deyir:

- Hərənizin bir arzunuzu yerinə yetirəcəm.

- Birinci mən, birinci mən! - katibə deyir, - indi Baham adalarında olmaq, heç nə haqda düşməmək istəyirəm - katibə o dəqiqə yoxa çıxır.

- İndi mən, indi mən! - mühasib deyir, - Havay adalarında olmaq istəyirəm, çimərlik, masaj, bir də sevgilim - mühasib də dərhal yoxa çıxır.

- İndi də sənin növbəndir - Cin müdirə deyir.

- Mən istəyirəm ki, ikisi də nahardan sonra ofisdə olsunlar.

Nəticə: Çalışın həmişə birinci müdir öz fikrini bildirsin.

# 6824 dəfə oxunub

Müəllifin son yazıları

# # #