41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı oldu

41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı oldu
2 noyabr 2024
# 14:00

Türkiyənin İstanbul şəhərində 41-ci Beynəlxalq Kitab Sərgisinin açılışı baş tutub.

Kulis.az xəbər verir ki, Azərbaycan bu ilki sərginin fəxri qonağıdır.

Sərgidə Azərbaycanın qələm adamlarından Azər Turan, Səlim Babullaoğlu, Rasim Qaraca, Aqşin Yenisey, Nərmin Kamal, Qismət Rüstəmov, Şəhriyar del Gerani, Ulucay Akif, Ülvi Babasoy, Günel Şamilqızı, Cavid Zeynallı, Rəvan Cavid, Sahilə Yaya, Dilqəm Əhməd iştirak edir.

Həmçinin, nəşriyyatlarımız da sərgidə təmsil olunur.

Qeyd edək ki, sərgi noyabrın 10-una qədər davam edəcək.

# 548 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #