4 milyon manatlıq sərgi baş tutacaq

Uffitsi qalareyası

Uffitsi qalareyası

8 noyabr 2021
# 15:40

İtaliyanın ən önəmli sənət qalareyalarından olan Uffitsi qalareyası “Bund One Art” muzeyi ilə 2 milyon avroluq müqavilə imzalayıb.

Kulis.az xarici mətbuata istinadən xəbər verir ki, müqaviləyə əsasən, Şanxayda yerləşən “Bund One Art” muzeyində Uffitsidən göndərilən sənət əsərləri ilə 10 sərgi keçiriləcək.

Xatırladaq ki, Uffitsi qalareyası bir neçə ay öncə internet fenomenlərinə qarşı açdığı “savaş”la gündəmə gəlmişdi. Fenomenlərin muzeydəki sənət əsərləri ilə çəkdirdiyi şəkillərə görə onlardan ödəniş tələb edilirdi.

# 4281 dəfə oxunub

Müəllifin son yazıları

# # #