3 yaşlı qız dünyanın ən gənc yazıçısı oldu

3 yaşlı qız dünyanın ən gənc yazıçısı  oldu
19 yanvar 2024
# 11:55

Birləşmiş Ərəb Əmirliklərindən olan üç yaşlı Əl-Maha Rəşid əl-Meyri iki uşaq povesti - "Çiçək" və "Bal arısı" ilə dünyanın ən gənc yazıçısı olub.

Kulis.az xəbər verir ki, 24 saat ərzində hər iki kitabının 1000-dən artıq nüsxəsini satan Əl-Maha Rəşid əl-Meyrinin adı Ginnesin Rekordlar Kitabına ən gənc yazıçı (qadın) kimi düşüb.

Qeyd edək ki, onun böyük bacısı hazırda iki dildə yazılan kitabın nəşri üzrə ən gənc yazıçı, qardaşı isə kişilər arasında ən gənc müəllifdir. Anaları deyir ki, qardaşı və bacısı Mahanın yazıçılıqla məşğul olmasının əsas səbəbkarlarıdır.

# 1059 dəfə oxunub

Müəllifin son yazıları

# # #