2000 illik heykəl qabyuyan maşından çıxdı

2000 illik heykəl qabyuyan maşından çıxdı
25 iyun 2023
# 13:25

İzmirdə 2000 illik Ellinizm dövrünə aid qadın heykəlin başı qabyuyan maşından tapılıb.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, polisin bir evdə keçirdiyi əməliyyatda qabyuyan maşındakı qazanın içərisində çuvalda gizlədilmiş qadın heykəlinin başı aşkar edilib.

Heykəlin başının xaricdəki hərraclarda yüksək qiymətə satmaq üçün Türkiyədən qaçaqmalçılıq yolu ilə aparmaq istənildiyi öyrənilib. Heykəlin başı İzmir arxeologiya Muzeyə təhvil verilib. Evdə olan bir nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

2000 illik heykəl qabyuyan maşından çıxıb

# 541 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #